13:40 » Cavabsız sevgi esirliyinden nece xilas olmalı?» | |
Efirdi.Tk_çılar üçün...
1.Telefona embarqo.
Sevdiyin insanı telefon terorizminə məruz qoymağı yığışdır.Zəng edib,səsinə qulaq asmaq,onun ata-anasının beynini xarab etməyi tərgit.Hər dəfə onun nömrəsini yığarkən səhvən nömrənin sonuncu rəqəmini dəyiş və ya rəfiqənə,qohumuna zəng et.Ta ki,onunla danışmaq istəyin yadından çıxana kimi. 2.Melodrama yer yoxdur! Onu günahkar görkəminə salma."Məni atsan,sevməsən özümü öldürəcəyəm"deyib,burnunun suyu ilə gözünün yaşını qarışdırma.Bu vaxta kimi çox az adam cavabsız sevgiyə görə özünü öldürüb.Seriallardakı,kinolardakı melodram səhnələri həyatda işə yaramır.Heç kim sənə borclu deyil.Zəli kimi yapışmaqla onu özündən daha da uzaqlaşdıracaq və nifrət qazanacaqsınız.Aldadılmış yazıq qız rolunu oynamazdan əvvəl güzgü qarşısında məşq et,ən yaxşı videokameranı işə sal.Bax gör ki,yalvarışdolu monoloqunu deyəndə metronun qabağındakı dilənçiyə oxşuyursanmı? 3.Özünə rahatlıq vermə! Cavabsız sevginin yükü səni əzib,dəli edirsə gününü elə qur ki,bir dəqiqə boş vaxtın olmasın.İdman növünə yazılmaqdan tutmuş kursa getməyə,qonaq getməkdən tutmuş hər evin yaxınlığında gəzişməyə kimi hər üsulu sınaqdan keçirə bilərsiniz.Darıxmağa müharibə elan et ki,depressiya sənə yaxın düşməsin. Hərdən belə də olur! Cavabsız sevgi acısı insanda fitri istedadı açır,şairlik,rəssamlıq və bıstıkarlıq qabiliyyətlərini üzə çıxarır.Həsrət və ayrılıq dolu şeirlər kitabxanasına sən də öz töhəni ver. Sən necə də eybəcərsən? Bu üsulu London psixoloqlar Assosiasiyasında,məşhur psixoloq Daniel Seymon hazırlayıb və sevgi obyektinizi şahzadədən qurbağaya çevirib,ona qarşı hisslərinizi söndürməyə hesablanıb. Sevgilinizin ən yaxşı şəklini kompyuterdə fotoşopa yerləşdirin.Diqqətlə ona baxıb,zahirən xoşa gələn cixgilərini qeyd edirsiniz:Saçları gurdur,gözləri mənalıdır.Bu vaxt təbii ki sizdə müsbət emosiyalar yaranacaq.İndi isə onun sizə etdiklərini yadınıza salın və ən öis keyfiyyıtlərdə təsəvvür edin.Şəklin başına açacağınız oyun sizin fantaziyanızdan aslıdır.Bir sözlə şəkili psi günə salın. Bu şəklə hər gün baxın.Yaxşı olar ki,onun digər şəkillərini cırıb atasız. Nəticələr göstərir ki,belə eksperimentdən sonra o,gözünüzdən düşür,hətta şəklinə baxanda ürəyiniz bulanır.Cavabsız sevgi yarası da tez sağalır. .P.S. Fikirlerinizi Bildirmeyi Unutmayin...:::...
| |
|
Всего комментариев: 0 | |