SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 15 » Daha bir ABŞ müğənnisi İslamı qəbul etdi..
13:57
Daha bir ABŞ müğənnisi İslamı qəbul etdi..
 
“Lun” ləqəbli müğənni İslamı Səudiyyə Ərəbistanına ümrə ziyarətini həyata keçirdikdən sonra qəbul etdiyini deyib. İllərdir ki, şan-şöhrətin və məşhurluğun vermədiyi könül rahatlığını İslamda tapdığını deyən tanınmış müğənni Kəbənin qarşısında dayandığı zaman zorla ayaq üstə dayana bildiyini və göz yaşlarını saxlaya bilmədiyini bildirib. Adını dəyişərək, Əmir adını qəbul edən 34 yaşlı müğənni təxminən 7 ay bundan əvvəl müsəlman olduğunu qeyd edib.

“Amerikada müğənni olduğum zaman çox məşhur idim. Gözəl karyera qurmuşdum. ABŞ mətbuatının keçirdiyi bir sıra anketlərdə Amerikanın ən yaxşı 10 müğənnisi siyahısına daxil ola bilmişdim. Xüsusilə də reper Paf Dədi ilə duetimdən sonra məşhurluğum birə beş artmışdı. O zaman 7 milyondan çox musiqi albomum satılmışdı. Ancaq inanın, belə bir şan-şöhrətə qovuşduğuma rəğmən rahatlıq tapa bilmədim. Mən 7 ay bundan əvvəl Əbu Dabiyə səfər etdim. Orada ərəb müsəlmanlarının mədəyyətləri məni heyrətləndirdi.

Azanı eşidən müsəlmanların namaz qılmaq üçün məscidə getməsinə, gözəl əxlaqlı olmalarına və xoş rəftarlarına şahid olduqdan sonra İslamı araşdırmağa başladım. Bu dinin yalnız ərəblərə məxsusu olduğunu zənn edirdim. Ancaq sonra öyrəndim ki, hər bir kəs bu dini qəbul edə bilər. Bir müddət fikirləşdikdən sonra İslamı qəbul etdim. Buna paralel olaraq, musiqini tərk etdim. Həyatım büsbütün dəyişdi. Oğlum və həyat yoldaşım İslamı qəbul etdikdən sonra daha da rahat oldum. Hazırda bir dəvət layihəsi üzərində işləyirəm. Layihədən məqsəd tanınmış müğənnilərə İslamı çatdırmaq və onların bu dini qəbul etməsinə vasitəçi olmaqdır” – deyə “Lun” Əmir müsahibəsində bildirib.
Категория: Dunyadan xeber | Просмотров: 600 | Добавил: YUKSEL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]