SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 15 » » Men oğru olmaq istiyirem... »
15:56
» Men oğru olmaq istiyirem... »
 Mən oğru olmaq istiyirəm...

Oğru olmaq istyərm bütün insanları daxilindəki kini,nifrəti ogurlamaq üçün...Bizim insanlıgımızı itirən qara fikirləri ogurlamaq üçün...Insanları insanlıga qaytarmaq ucun...Onları pisliklərdən təmizləmək üçün ogru olmaq istəyirəm...
Oğru olmaq istəyirəm gecələri oğurlayıb ancaq işıqlı dünya yaratmaq üçün...Qaranlıqlar insanları qorxudur...Daha qorxmasın hec kəs deyə oğru olmaq istəyirəm...
Oğru olmaq istəyirəm kusənlərin kuskunluyunu ogurlamaq üçün...Kuskunluklərin illərin dostlugunu pozmaması üçün...Qəlblərin qırılmaması üçün oğru olmaq istəyirəm...
Oğru olmaq istəyirəm ayrılan sevgililəri oğurlayıb bir-birinə qovusdurmaq üçün...Onları hec kəsin ayırmaması üçün...Aid olmadıqları cəmiyyətdən uzaqlasdırmaq üçün...Sevgilərin əbədi yaşaması üçün oğru olmaq istəyirəm...
Oğru olmaq istəyirəm kədəri,qəm-qüssəni oğurlamaq üçün...Hər kəsin xosbəxt olması üçün...Gözlərdən gələn yaşları silmək üçün oğru olmaq istəyirəm...
Oğru olmaq isətəyirəm cəmiyyətin iyrəncliklərini oğurlamaq üçün...Insanları insanlıqdan uzaqlasdırmamaq üçün...Bu iyrənclikdən hamını xilas etmək üçün...Saf bir cəmiyyət yaratmaq üçün oğru olmaq istəyirəm...
Oğru olmaq istəyirəm pis insanları oğurlayıb yaxsıları xosbəxt etmək üçün...Öz pislikləri ilə yaxsıları incitməsinlər deyə...Insanların xilaskarı olmaq üçün oğru olmaq istəyirəm...
Oğru olmaq istəyirəm günahları oğurlamaq üçün...Bizi məhv edən günahlardan təmizlənmək üçün...Günahsız bir dünya yaratmaq üçün oğru olmaq istəyirəm...
Oğru olmaq istəyirəm anaların göz yaslarıni oğurlamaq üçün..Haqsız axan qanların axmamasi üçün...haqsiz ölümün olmamasi üçün oğru olmaq istəyirəm...
Oğru olmaq istəyirəm sadəcə “O”nun ürəyini oğurlamaq üçün...Təkcə məni sevməsi üçün...MəN OGRU OLMAQ ISTIYIRƏM...!!!


Категория: Maraqlı xəbərlər | Просмотров: 700 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]