SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 15 » » GELECEYİN EN YAXŞI PEŞELERİ »
23:43
» GELECEYİN EN YAXŞI PEŞELERİ »
 


Peşələrin siyahısı...

Yaxın illərdə dünyanın, eləcə də Azərbaycanın, əmək bazarında maraqlı yeniliklər gözlənilir. Xarici ölkələrdə aparılan tədqiqatlar göstərib ki, bir neçə ildən sonra dünyada bəzi peşələrə tələbat kəskin artacaq. Bunların əksəriyyəti iqtisadiyönümlü işlərdir. Artıq Azərbaycanda da belə peşələri müəyyənləşdirməyin vaxtı çatıb. 
Kompüter mütəxəssisləri və proqramçılara tələbat elə indi də böyükdür. Üstəlik Azərbaycanın Beynəlxalq Mühasibət Standartlarına keçməsiylə əlaqədar olaraq ölkədə bu səviyyədə işləməyi bacaran mühasiblərə ehtiyac artıb. Bu peşələr bütün dünyada, elə Azərbaycanda da tələbat olan və gəlirli sahələr sayılır. Bundan başqa, mütəxəssislər bildirir ki, daşınmaz əmlak sahəsinin inkişafı gələcəkdə bu sahənin agentlərinə - rieltorlara tələbatı artıracaq. Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov: “Bu sahədə bizdə mütəxəssislər çatışmır. Varsa da, bir çox hallarda həvəskar səviyyəsindədir. Peşəkarlar isə azdır. Bu gün ehtiyac varsa, gələcəkdə ehtiyac daha çox olacaq”. 
Yaxşı gələcəyi olan peşələrin sırasına qiymətləndiriciləri, brokerləri, marketoloqları da əlavə etmək olar. Ekspertlər bildirir ki, hələ tam inkişaf etmədiyinə bu sahələrin gələcəyi qabaqdadır. 
Ümumiyyətlə araşdırmalar göstərir ki, qarşıdakı illərdə iqtisadi yönümlü peşələrə tələbat yüksək səviyyədə qalacaq, üstəlik yeni peşələr yaranacaq. Məsələn şəxsi maliyyə məsləhətçisi. Maliyyə böhranı və vəziyyətin sürətlə dəyişdiyi bir vaxtda bəziləri pulunu qoruyub saxlamağa və etibarlı sahəyə yatırmağa çətinlik çəkir. Onlara bu məsələdə şəxsi maliyyə məsləhətçiləri kömək edə bilər. Təbii ki, bu xidmət pulsuz deyil. Şəxsi maliyyə məsləhətçiləri Amerikada ən çox pul qazananlardır. 
Gələcəkdə ən çox tələbat olacaq tibbi peşələrdən biri stomatoloqlardır. Bu da təəccüblü deyil - dişlərə qayğı artır, artıq indidən diş həkimləri ən yaxşı qazanan və ən rahat qrafiki olanlardan sayılır. cəmi 7 ildən sonra 2016-cı ildə isə diş həkimlərinə tələbatın daha 30 % artacağı gözlənilir.
Böyük tələbat yaranacaq tibbi peşələrin biri də diaqnostikadır. Elmi-texniki nailiyyətlər təkcə stomatologiyada tətbiq olunmur. Xüsusilə qadınların artan tələbləri kosmetologiyada yeniliklərə səbəb olub. Bu yeniliklərin tətbiqi üçün təcrübəli kosmetoloqlara ehtiyac var. Yəni, gələcəkdə kosmetoloqlara tələbat artacaq. Ekoloqlar, ev heyvanlarına baxan həkimlər - baytarlar da gələcəkdə tələbatın böyük olacağı digər peşələr sırasındadır.



Категория: Texnoloqiya | Просмотров: 1021 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]