SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 15 » » GÜNVURMADAN NECE QORUNMAQ OLAR? »
23:51
» GÜNVURMADAN NECE QORUNMAQ OLAR? »
Yağlı və ətli yeməklərdən uzaq durun, bol-bol su için, günorta saatlarında çölə çıxmayın! 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar havanın temperaturunun iyulun 14-də gecə 20-25 dərəcə, gündüz 35-39 dərəcə, bəzi yerlərdə 41 dərəcə olacağı barədə xəbər yayıb. 

Mütəxəssislər hesab edirlər ki, belə havada çöl-bayırda nə qədər az olsaq, özümüzü günvurmadan bir o qədər qorumuş olarıq. Günvurma qızdırma, davamlı olaraq tərləmə, qusma ilə nəticələnərək, sinir sisteminin pozulmasına səbəb olur və əgər vaxtında tədbir görülməzsə, bu hal ölümlə də nəticələnə bilər. Günvurma yaddaşsızlıq, baş ağrısı, ruhi pozğunluq və yuxusuzluğa da gətirib çıxarır. Günorta saatlarında, xüsusən də, gündüz saat 12-dən 16:00-dək açıq havada gəzmək məqsədəuyğun sayılmır. Günün qızmar vaxtında çimərliyə getmək də düzgün deyil. Yay aylarında çimərliyə səhər saat 07.00-dan 11.00-dək, axşamüstü saat 17.00-dan 21.00-dək getmək məqbuldur.

Mütəxəssislər bildirirlər ki, ürək-damar xəstəliyi olan şəxslər özlərini qorumaq üçün günün isti saatlarında açıq havaya çıxmaqdan çəkinməli, zəruri hallarda baş örtüklərindən yararlanmalıdırlar. Valideynlər, xüsusilə azyaşlı uşaqları günəş şüalarından qorumalıdırlar. Çünki uşaqlar hətta 30 dərəcə istidə də günvurmaya məruz qala bilərlər. Sağlam adamlar da qızmar günəş altında 30-40 dəqiqə qalarsa, günvurma halı ilə üzləşə bilər.

Gün vuran xəstəni dərhal sərin yerdə saxlamaq, temperaturu yüksəkdirsə, bədəni yaş dəsmala bükmək lazımdır. Yay günlərində günvurmadan qorunmaq üçün gündə 2 litr su içmək, başı açıq gəzməmək, əsasən də ağ rəngli paltarlara üstünlük vermək gərəklidir. Məsləhət görülür ki, isti havada tez-tez alkoqolsuz sərinləşdirici içkilər, ayran içilsin. Qida isə yüngül olmalı, orqanizm üçün ağır olan heyvan mənşəli ərzaq növlərindən, yağlardan, ət məhsullarından mümkün qədər az yeyilməlidir. Göyərti və meyvə-tərəvəzə, ağartı məhsullarına daha çox üstünlük verilməlidir. 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Suğra Əmirqızı Lent.az.-a açıqlamasında deyib ki, vacib olmadığı halda günorta saatlarında gün altına çıxmaq lazım deyil, yaşlılar və uşaqlar xüsusən diqqətli olmalıdırlar: ”Yüksək təzyiqdən, ürək-damar patologiyasından, şəkər xəstəliyindən, bədənlərində mübadilə prosesi pozulmasından əziyyət çəkənlərin, tosqun şəxslərin günəş altında az gəzmələri məsləhətdir”. 

“Günvurma halları zamanı isə mütləq həkimə, təcili yardım xidmətinə müraciət etmək lazımdır. Əgər kimsə günvurma halı ilə üzləşibsə, vətəndaşlar onu ilk növbədə sərin yerə aparmalı, ona sərin su verilməlidir. Sərin halda qazlaşdırılmış su da verilə bilər. Həmin insanda yaxşılaşma müşahidə olunmazsa, halsızlıq, dərinin quruması müşahidə olunsa, “Təcili yardım”a müraciət olunmalıdır”, - deyə S.Əmirqızı bildirib. 

Məlumat üçün onu da deyək ki, Əmək Məcəlləsinə əsasən, Azərbaycanda açıq havada iş rejimi temperatur yalnız 45 dərəcəyə çatanda dayandırıla bilər. 



Категория: Meslehetli xeberler | Просмотров: 734 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]