22:17 » MAYKL CEKSONUN ÖLÜMÜ QETL EHTİMALI ÜZRE ARAŞDIRILACAQ » | |
Pop musiqisinin mərhum kralı Maykl Ceksonun ölümü qətl ehtimalı üzrə araşdırılacaq
Bu barədə qərarı Los-Anceles şəhər polisi apardığı təhqiqatların nəticələrinə əsaslanaraq verib. Rəsmi ittiham irəli sürülməsə də, təhqiqatçılar Maykl Ceksonun şəxsi həkiminin təkrar dindirilməsini keçirməyi düşünür. Ehtimal olunur ki, onun şəxsi həkimi Konrad Myurer müğənniyə güclü sakitləşdirici qismində Makyl Ceksonun qanında tapılan propofol pereparatı vurub. Qeyd edək ki, bu sakitləşdirici dərman yalnız cərrahiyyə əməliyyatları vaxtı anestezioloqun xüsusi icazəsi ilə vurula bilər. Bundan başqa Maykl Ceksonun ölüm anında onun yanında olan həkim təcili yardıma yarım saat sonra xəbər verib. Konrad Myurer bunu daha sonra üzərində mobil telefon olmaması və villanın dəqiq ünvanını bilməməsi ildə izah edib | |
|
Всего комментариев: 0 | |