23:01 » YENİ AVTOMOBİLLERİN SATIŞI ARTIB » | |
Artıq firmalar arasında rəqabət də artıb
Bir az əvvəl alıcı qıtlığı ilə üzləşən avtomoibl şirkətlərinin atdığı addımlar – güzəşt və endirim kampaniyaları nəticəsini verməyə başlayıb – avtomobillərin satışı artıb. Bu özünü xüsusilə yeni avtomobillərdə göstərir. Bir neçə ay əvvəl ölkənin kredit bazarındakı proseslərdən nəticxə çıxaran banklar da kreditləri yeni maşınlara yönəldirlər. "İtv.az"ın məlumatına görə, bir neçə ay əvvəl avtomobillərin satışında edilən dəyşikliklər tədricən bazarda canlanma yaradıb. Avtosalonlara üz tutan müştərilərin sayı artıb. Avtosalon direktoru Fəxri Ağayev: «Müştəri ilkin ödəniş minimum 15 faizdən başlayaraq ilk ödəniş edərək avtomobil əldə edə bilər bizim firmamızdan. Daha öncələr bizim kredit şərtlərimiz var idi. Kredit şərtlərində dəyişiklik var idi. Fərq var idi. Çox fərq də ondan ibarət idi ki, ilkin ödəniş daha yüksək idi. Və illik faiz də yüksək idi». Salonlarda bildirirlər ki, güzəşt kampaniyalarının efekt verməsi üçün vaxt lazım olub – məsələn may ayında şərtlərə dəyişiklik edəndən 1 ay sonra alıcıların sayı təqribən 30-40 faiz artıb. Satış məsləhtçisi Cəhanə Məmmədova: «Ən ağır dövründə ay ərzində 20-yə yaxın maşın satmışıq. Bu bütün dilerlərin hamısına aid deyil, yəni bu tək bir dilerə aid satış göstəricisidir. Keçən aydan satışımz qalxıb satışımız. Bu göstərici hardasa 10-15 arası qalxıb». Avtosalonlarda bildirirlər ki, artıq firmalar arasında rəqabət də artıb. Hətta bəzi avtosalonlarda potensial müştərilər üçün yeni güzəşt kampaniyalarının başlanması da gözlənilir. Avtosalon direktoru Elçin Əsədov: «Şərtlər son dövürlər daha da cəlbedici olub müştərilər üçün. Əgər böhrandan qabaq belə deyək böyük ehtiyac yox idi, belə yumşaq şərtlərə. Son aylar müştərilər üçün avtomobillərin alışının daha da yüngülləşdirmək üçün dediyim kimi qabaqcadaq ödəniş düşüb aşağı». Elçin Əsədov deyir ki, artıq hər ay satışda təqribən 10 faizə qədər artım müşahidə edirlər. Avtosalonlardan fərqli olaraq banklar avtomobillərin kreditləşməsinə ehtiyatla yanaşmağa başlayıblar. İndi maşın alan müştərinin gəlirləri daha diqqətlə araşdırılır və onun yalnız sabit gəlirləri nəzərə alınır. Bundan başqa, bankların əksəriyyəti krediti yeni maşınlara ayırmağa üstünlük verirlər. Çünki işlənmiş avtomobillər daha tez dəyərdən düşür. Bu isə sonradan krediti qaytara bilməyəndə problemə səbəb olur. Bank eksperti Rauf Ağayev: «Tutalım 10 il yaşı olan bir avtomobilin uzun müddətə kreditə verilməsi ona gətirib çıxarır ki, sabit həmin kreditdə hər hansı bir problem yaranırsa, bu kreditin hesabına maşın özgəninkiləşdirilirsə, bank tərəfindən, və yaxud hərrac vasitəsi ilə satılırsa, o maşının dəyəri artıq kreditin qalığını tam ödəməyə də bilər. Məhz ona görə də banklar daha uzun müddətli kreditlərə məhz yeni avtomobilləri verməyə çalışırlar». Mütəxəsislər ilin sonuna qədər bu şərtlərlə avtomobillərin kreditlə satışında dəyişiklik gözləmirlər | |
|
Всего комментариев: 0 | |