SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 16 » » “QOŞA QALA” QAPISININ QARŞISINDA KONSERT KEÇİRİLEÇEK »
23:12
» “QOŞA QALA” QAPISININ QARŞISINDA KONSERT KEÇİRİLEÇEK »
Tamaşaçılara köhnə Bakının ab-havası hiss etdiriləcək

Efirdi.Tk SİA-ya istinadən xəbər verir ki, iyulun 5-də Bakının “Qoşa Qala” qapısı yaxınlığındakı meydanda böyük konsert keçiriləcək. Bu barədə məlumatı Vahid Poeziya Evinin direktoru Fikrət Urucəliyev söyləyib. Onun sözlərinə görə, konsert Mədəniyyət və Turizm İdarəsi, Vahid Poeziya Evi və “İçərişəhər” Dövlət Memarlıq Qoruğu tərəfindən keçirilir. 
Qeyd edək ki, “Meydan bazarı” adlanan konsertdə müxtəlif sənət və əl işlərinin, kitab və rəsmlərin sərgi- satışı da təşkil olunacaq. Proqram saat 16:00-dan 20:00-dək davam edəcək. 
“Konsertin musiqi tərtibatı Vahid Poeziya Evinə aiddir. Burada tamaşaçılara köhnə Bakının ab-havası hiss etdiriləcək. Tədbirdə bütün meydan boyu zurnaçı və davulçu tamaşaçıları konsertə cəlb edəcək. Bundan başqa, konsertdə nağaraçalanlardan ibarət ansambl, “Səma” rəqs qrupu, pəhləvanlardan ibarət “Zəngi” qrupu, “Bakı gecələri” musiqi festivalının mükafatçısı Cəlal Abbasov və meyxana ifaçıları iştirak edəcəklər”, - deyə F.Urucəliyev bildirib.
Qeyd edək ki, silsilə konsertlərin 3 ay davam edəcəyi və yay fəsli boyunca keçiriləcəyi planlaşdırılır.



Категория: Azerbaycandan xeber | Просмотров: 827 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]