11:50 » ...Ata... » | |
Ata olmaq Nece bir duyğudur?
İzah edersenmi ? Söyləsənə mənə.. Sevgini göstərincə uşağın arsızlaşırmı? Ya da sözünü keçirə bilməməkdənmi qorxursan? Giley etmə mənə !! Bilmək istəyirəm yalnız, İzah et mənə.. Ata olmaq, atalıq etmək, Bu rolu ustalıqla oynamaq necə bir şey? Əmək vermədən sevgi göstərmədən Mənim övladım deyə bilmək, Dəstək olmadan ardı, ardına zərbələr vurmaq Bütün günahları övladlarının üstündə tapmaq Dünyanın borcunu övladlarına yıxmaq Necə bir duyğudur? İzah edərsənmi ? Bir dəfə qarşına götürüb dərdləşdinmi ? Bax övladım etdiyin səhvdir dedinmi. Problemi olunca dinləyib həll tapdınmı? Mənə atalığı izah et Əgər heç bir şey edə bilməmişsənsə belə Sevgini verdiyini söylə mənə Əgər yoxsa bu saydıqlarım Sən özünü ata yerinə qoyma Buna haqqın olduğunu düşünmə !! Pul vermək sevginin yerini tutmaz Həyatda hər şeyin maddi olmadığını görməyin gərək Çünki övlad sevgi istər Bir dirək istər Atana bənzəyirsən deyə gözəl bir bənzətmə istər Mən isə; Səndə atana bənzəyirsən yaraşdırmalarını heç yaraşdırmadım özümə Onlar sənə bənzədiyimi söyləsələr də Mən sənə bənzəməyəcək qədər fərqliyəm Çünki mən ata sevgisi görmədən sevməyi öyrəndim Şəfqət nədir görmədən tanımadıqlarıma mərhəmət etdim Mənə indi Atalıq nədir təsvir edəcəksənmi ? Xeyr Ata, xeyr !! Atalıq örtüyü sənə heç yaraşmır Ən yaxşısı sən üstündən çıxardıb at Mən illərcə atasız böyüdüm İndi də böyüməyə davam edə bilərəm | |
|
Всего комментариев: 0 | |