Cavan bir cütlük avtobusda hər kəs kimi çatacağı məkanı gözləyirdilər. Yol uzun idi. Lakin bu cütlük avtobusdakı hər kəsdən seçilirdi. Səbəb isə cavan oğlanın həyat yoldaşının hicablı olması idi. O avtobusda olan digər qadınlardan başı bağlılığı ilə fərqlənirdi. Həmin bu cütlük ilə üzbəüz 40 yaşlarında bir kişi əyləşmidi. Gözlənilmədən kişi gəncə müraciət edir: Cavan oğlan! - səni beş dəqiqəlik olar?
Siz mənə müraciət edirsiniz?--cavan oğlan soruşdu.
- Bəli sizə. Sizdən bir söz soruşmaq istəyirdim. Ümid edirəm ki, bu sualıma görə qıcıqlanmayacaqsız-kişi davam edirdi: Bayaqdandır səni izləyirəm və başa düşə bilmirəm ki, bu cür aristokrat görkəmi olan bir gəncin necə belə həyat yoldaşı ola bilər? İnsanlar artıq çoxdan azaddırlar. Hətta insanlar artıq kosmosda da olublar,elm böyük nailiyyətlər əldə etmişdir. Lakin sən öz qadınına azadlığında maneçilik törədirsən. Bax - bu da mənim həyat yoldaşımdır, - bu zaman kişi yanında əyləşən tamamilə müasir geyimdə və başı açıq qadınına işarə etmiş olur. Görürsən onun yaşamı azaddır, o həyatdan zövq ala bilir. Sən isə .... Bu zaman kişi cavan oğlana tərəf əyilərək soruşur bəlkə başqa səbəb var buna?
Cavan oğlan pəncərədən küçəyə baxaraq küçədə üzəri örtülmüş bir neçə maşın görür. Kişidən soruşur- bu maşınları görürsən, nə üçün onların üzəri örtülüb?
- Bu aydın məsələdir, çünki o maşınlar şəxsidir, yiyələri onun cızılmaması, və s halların baş verməməsi üçün bu yolla maşını qorumuş olurlar- kişi cavab verdi.
- Bəs avtobuslar, o maşınların qarşısında olan avtobuslar nə üçün örtülməyib?-çünki bu ictimai nəqliyyatdır və bundan hər kəs istifadə edə bilir.
-Sən bununla nə demək istəyirsən?- aqressiv olaraq kişi soruşdu...
Artıq avtobusda olan bütün sərnişinlər bu söhbətə qulaq asmaqda idilər və hər kəs səbrsizliklə nəticəni gözləyirdilər. Gənc adam sərt olaraq kişiyə cavab verdi: Mən onu demək istəyirəm ki, mənim qadınım mənim qadınımdır, o mənə əzizdir, mən onun qayğısına qalıb, onu sevirəm. Mənim vəzifəm də budur ki, ona başqa kişilər baxmasın və baxa bilməsin. Sizin arvadınız isə icitimai nəqliyyat kimidir, hər kəsi özünə cəlb edir və hər kəsin diqqət mərkəzində olmuş olur. Kişi cavan oğlana heç bir cavab vermədi və sadəcə olaraq susdu...
Avtobus yoluna davam etməkdə idi....
Bu hekayədən hansı nəticəni çıxarmış oldunuz?