12:21 » Elm adamları son nöqtəni qoydu..... » | |
Evliliyi davam etdirmək üçün eşqin kifayət edib etmədiyinə elm adamları son nöqtəni qoydu...
Ətraflı xəbərin ardında Avstraliyalı elm adamlarının etdiyi araşdırma, cütün yaşları, daha əvvəlki əlaqələri və hətta hər ikisinin birdən siqaret çəkib çəkmədiyi kimi faktorların, evliliklərinin davam edib etməyəcəyini təyin etdiyini göstərdi. Avstraliya Milli Universitetində işləyən elm adamları, 2001 və 2007-ci illəri arasında, evli ya da birlikdə yaşayan təxminən 2500 cütlə görüşdü. Bu görüşmələrdə evliliklərini və ya birlikdəliklərini davam etdirənlərlə boşanan ya da ayrılan cütləri bu nəticəyə aparan faktorlar araşdırıldı. "What's Love Got to Do With It" başlıqlı araşdırma, arvadından 9 ya da daha çox yaş böyük olan və 25 yaşını bitirmədən evlənən kişilərin həyat yoldaşlarından boşanma ehtimalının digərlərinə nisbətlə iki qat çox olduğunu ortaya qoydu. Araşdırma, uşaqların da bir evlilik ya da əlaqənin uzunluğunu təsir edən faktorlar arasında iştirak etdiyini göstərdi. Araşdırma, evlənmədən əvvəl, daha əvvəlki əlaqəsindən ya da birlikdə olduğu adamdan uşaq sahibi olan cütlərin beşdə birinin ayrıldığını göstərərkən, bu faizin, evlənmədən əvvəl uşaq sahibi olmayan cütlərdə isə yüzdə 9 olduğu görüldü. Ərlərindən daha çox uşaq sahibi olmaq istəyən qadınların boşanma ehtimalının da daha çox olduğunu ortaya qoyan araşdırmada, cütün ailələrinin də əlaqə üzərində rolu olduğu ifadə edildi. Ana atası ayrılan və ya boşanan qadın və kişilərin təxminən yüzdə 16-nın özlərinin də boşandığı, bu rəqəmin ana atası ayrılmayanlarda yüzdə 10-da qaldığı görüldü. Araşdırma həm də, ikinci ya da üçüncü evliliyini edən cütlərin ayrılma ehtimalının, ilk evliliyini edənlərdən yüzdə 90 çox olduğunu göstərdi. Evliliyin davam etməsində heç şübhəsiz pulun da rol oynadığı, yoxsul ya da ərləri işsiz olan kəslərin yüzdə 16-nın ayrıldıqlarını söylədiyi, bu faizin, maddi vəziyyəti yaxşı olan cütlərdə yüzdə 9 olduğu bildirildi. Həyat yoldaşlardan birinin siqaret çəkib digərinin çəkməməsi vəziyyətində də əlaqənin müvəffəqiyyətsizliyə uğraması ehtimalının daha çox olduğu müşahidə edildi. Cütün ayrılma ehtimalına az təsir edən faktorlar arasında, uşaq sayı və uşaqların yaşları, qadının iş statusu və cütün işlədiyi il sayının yer aldığı ifadə edildi. Fikrinizi bildirməyi unutmayın. | |
|
Всего комментариев: 0 | |