SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 17 » » Reenkarnatsiya mümkündürmü ?..... »
12:24
» Reenkarnatsiya mümkündürmü ?..... »
alt
 
 
 
Sualın cavabını bilmək istəyirsinizsə ...

BUYURUN XƏBƏRİN ARDINA
 
 
 
 
 
 
 
 
 
 
 
Bismillahir-rəhmanir-rəhim

alt

İnsan maddə və ruhdan meydana gəlmişdir. Qurani-Kərimdə belə buyrulmuşdur :
“Rəbbin mələklərə belə demişdi : “Mən palçıqdan bir insan yaradacağam . Mən onu tamamlayıb öz ruhumdan üfürən kimi ona səcdə edin !” (Sad surəsi, 38/71-2)
Insani təşkil edən 2 tərkib hissədən biri olan maddə haqqında məlumatımız olduğu halda , ruh haqda biliyimiz çox-çox azdır . Yəni ruhun mahiyyəti və özü haqqında məlumatımız çox deyildir və bu mümkün də deyil . Çünki Allah bu mövzuda insane az bilik vermişdir . Necə ki, Qurani-Kərimdə də belə buyrulub :
“Ya Məhəmməd ! Səndən ruh haqqında soruşarlar . De ki, ruh Rəbbimin əmrindədir . Sizə bu barədə yalnız cüzi bir bilik verilmişdir .” (Əl-İsra , 17/85)
Bu ayəti-kərimə insanın ruhun mahiyyətini dərk etməyin mümkün olmadığını , çünki bu mövzuda ona kifayət qədər bilik verilmədiyini ifadə edir. Ruh bədəni tərk etdikdən sonra , bir daha qiyamət günü dirilərkən bədənə girəcək . Bundan əvvəl ruhun dünyaya qayıdaraq başqa insanların bədənlərinə girməsindən və yaxud ruhun hər hansı evdə gözə
görünməsi , qalması , yaşaması və s.-dən söhbət gedə bilməz . Qurani-Kərimdə buyrulmuşdur :
“Nəhayət , müşriklərdən birinin ölümü gəlib çatdığı zaman o belə deyər : “Pərvərdigara !Məni geri (dünyaya) qaytar ! Bəlkə , indiyə qədər zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm ! Xeyr , bu , onun dediyi boş ,faydasız bir sözdür . Onların önündə dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqları günə qədər maneə ( öldükdən sonra ölülərin ruhların qiyamətə qədər qalacaqlarə yer ) vardır . (Əl-Müminun, 23/99)
Bu iki ayəti-kərimə insan öldükdən sonra bird aha diriləcəyi günə qədər dünyaya qayıtmayacağını açıq-aşkar ifadə edir . Burada batil bir inanca toxunmaq yerinə düşər . O da “Tənasüx” (ruh köçü) və ya “Reenkarnatsiya”dır . Tənasüx - öldükdən sonra insane ruhunun geri qayıdaraq başqa bədənlərə girməsi deməkdir , buna elmdə çox vaxt “reenkarnatsiya” da deyilir . Hər nə qədər bəziləri axirət inancına xələl gətirməmək şərtilə “reenkarnatsiya” ola bilər , - deyirlərsə də ancaq bu mümkün deyildir :
“Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz , O sizi diriltdi . O sizi yenə öldürəcək , sonra yenə də dirildəcək və daha sonra siz Onun hüzuruna qaytarılacaqsınız.” (Əl-Bəqərə , 2/28)

“Onlar deyəcəklər : “Ey Rəbbimiz ! Sən bizi iki dəfə öldürüb iki dəfə diriltdin . Biz öz günahlarımızı etiraf etdik . İndi buradan çıxmağa bir yol vardırmı ?” (Mümin , 40/11)
Öldükdən sonra dünyaya yenə qayıdılacağını qəbul etmək İslam inanc əsaslarından biri olan Axirəti inkar etmək deməkdir . Çünki insan dünyada yaşadığı bədən və ya ona bənzər bir bədənlə yalnız və yalnız (!) qiyamət diriləcəkdir ! Necə ki, Allah çürümüş , yox olmuş sümükləri bir yerə toplayaraq , insanı ruh və bədənlə dirildəcək , hətta dünyadakı əl və ayaqları onun özünün əleyhinə şahidlik edəcəkdir . Qurani-Kərimdə belə buyrulub :
“Heç bir günahkar başqasının günahını daşımaz” (Əl-İsra , 17/15)
Bu ayə günahların şəxsiliyi və etdiyi əmələ görə konkret bir şəxsin məsuliyyət daşımalı olduğunu bəyan edir . Əgər bir ruh yüzlərcə bədən dəyişdirmişsə , o zaman həmin ruh hansı bədənin etdiyi hərəkətlərin və əməllərin məsuliyyətini daşıyacaqdır ?!Yəni ki məsələn, qatil və cani olan bir şəxsin ruhunun da günahsız yaşadığı düşünülərsə o zaman həmin ruh axirətdə bu bədənlərdən hansında olacaqdır ?! Buradan açıq-aydın görünür ki , reenkarnatsiya heç zaman mümkün ola bilməz və İslamın inanclarına uyğun gəlməyən batil
bir anlayışdır
Категория: Allahin mocuzeleri | Просмотров: 814 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]