19:07 » ALİ HƏRBİ MƏKTƏBLƏRƏ QƏBUL ÜÇÜN MÜSABİQƏ KEÇİRİLİR » | |
...Müsabiqəyə III ixtisas qrupu üzrə qəbul imtahanlarında 250-dən, I ixtisas qrupu üzrə qəbul imtahanında 200-dən yuxarı baltoplamış oğlanlar qatıla bilər... Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi müraciətinə əsasən, 2009/2010-cu tədris ili üçün III ixtisas qrupu üzrə qəbul imtahanlarında 250-dən yuxarı bal toplamış (“riyaziyyat” fənnindən nisbi balı 50-dən az olmayan), həmçinin I ixtisas qrupu üzrə qəbul imtahanında 200-dən yuxarı bal toplamış (“riyaziyyat” və “fizika” fənlərindən nisbi balı 10-dan az olmayan) oğlan abituriyentlərin (yalnız Azərbaycan Respublikasının vətəndaşları) Azərbaycan Ali Hərbi Məktəblərinin boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirir.
Bu barədə TQDK-nın mətbuat xidməti məlumat verib. Ali hərbi məktəblərə qəbul olmaq arzusunda olan namizədlər sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış Sənəd Qəbulu Komissiyasına 2009-cu il iyulun 18-dən 27-dək təqdim etməlidirlər. | |
|
Всего комментариев: 0 | |