SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 21 » » Yalnız Xanımlar üçün..!!!
13:14
» Yalnız Xanımlar üçün..!!!

Əziz Xanımlar..!!!

Sizlər üçün maraqlı olan bəzi məlumatlar xəbərin ardında..

Məsləhətlərə əməl etməyi unutmayın..!!!

Kişilərin girişi isə qəti qadağandır..
 
Skrab və Kəpək

Qadın yaşa dolduqca dərisinə, onun qulluğu üçün istifadə etdiyi kosmetik vasitələrə daha diqqətlə yanaşmalıdır. Kosmetoloqlar 30 yaşdan sonra dəri üçün skrablardan istifadə etməməyi məsləhət görürlər. Yaxşı olar ki, skrabı daha incə maskalarla əvəz edəsiniz. Əgər skrabın köməyindən istifadə etmək məcburiyyətindəsinizsə, onda 10-15 gündən bir dərinizi skrab ilə yuyun.
 
Dərinizdə hər hansı səpkilər varsa, skrabdan istifadə etməyin, əks təqdirdə, səpkilər bütün dərinizə yayıla bilər. Dərinizi təravətləndirmək üçün aşağıdakı maska köməyinizə gələcək. Bir dəstə doğranmış cəfəri, bir yumurtanın ağı, 1-2 xörək qaşığı turşumuş süd və qatıq. Qarışdırılır, 5-7 dəqiqə müddətinə dəriyə çəkilir. Sonra su ilə yuyulur. Kəpək bir çoxlarının həll olunmayan problemidir. Bu gün aptek və ya maqazinlərdə kəpəyə qarşı müxtəlif dərmanlar, saç vasitələri satılır. Alimlər müəyyən ediblər ki, şampun və ya maskalar kəpəyi yox etmək üçün bəs deyil. Bunun üçün qida rasionuna da diqqət etmək lazımdır. Kəpəyiniz varsa, qida rasionunuzdan pendirin növlərini, kərə yağını, xamanı və südü çıxarmaq lazımdır.

Gözəl gözlərə Gözəl saç rəngi..
 
Yaşından asılı olmayaraq bütün qadınlar gözəllik salonuna getməyi çox sevir. Salona getdiyimiz zaman isə möcüzəli nəticələr gözləyirik. Təəssüf ki, heç də hər dəfə güzgüdə istədiyimiz əksi görə bilmirik. Bütün bunların bir səbəbi var: yenilik və parlaqlıq axtarışı zamanı xarici görünüşümüzdəki individual xüsusiyyətləri unuduruq.
İmic axtarışında düzgün seçim
İlk olaraq siz mütləq şəkildə öz tipinizi müəyyən etməlisiniz – bu imic axtarışında atılan ilk düzgün addımdır. Dəri, göz və saçların təbii rənginə görə konkret müəyyən olunmuş tiplər mövcuddur: tünd, açıq, yumşaq və parlaq tiplər.

Sadalanan tiplərin hər biri koloritə əsasən bölünür: soyuq və ya isti.
1-ci məsləhət
Saçın rəngini dəyişən zaman gözün rənginə və dolğunluq dərəcəsinə fikir vermək vacibdir. Əgər gözlər ifadəliyi ilə seçilirsə: məsələn, tünd qəhvəyi, parlaq mavi və ya yaşıldırsa, saç rəngi də parlaq olmalıdır: qara, tünd şabalıdı, sarı ola bilər. Gözlərin rəng koloritini müəyyən etmək çox vacibdir: isti rənglərə - açıq qəhvəyi, sarımtıl-yaşıl göz rəngləri daxildir. Soyuq rənglərə isə tünd qəhvəyi, bozumtul mavi, göyümtül yaşıl göz rəngləri daxildir.
2-ci məsləhət
Mavi rəngli gözlərə qara saç rəngi uyğun gəlir. Həmçinin açıq şabalıdı və ya kül rəngi ola bilər. Göyümtül yaşıl gözlərə “bal rəngli” saçlar, sarımtıl yaşıl gözlərə - kürən saç rəngi uyğundur.
Qeyd: hər qanunda istisnalar mövcuddur. Əgər siz cəsarətli qadınlar kateqoriyasına daxilsinizsə, o zaman yenilik axtarmağa davam edin.
Təkrara yol verməyin
Saç düzümünə gəlincə isə burada ümumi qanunlar mövcuddur. Əgər sizin uzun, arıq sifətiniz varsa, o zaman uzun saçlar sifətinizi daha da solğun göstərəcək. Qısa saçlarda da yaraşıqsız görünəcəksiniz. Bu zaman orta uzunluqlu saç düzümünə üstünlük verin. Məsələn: orta uzunluqlu “kare” və ya uzadılmış “bob”
Enli sifətə isə gur və həddən artıq qısa saç düzümü yaraşmır.
Yadda saxlayın: tipinizi və qanunları bilmədən dəblə ayaqlaşmaq çətin olacaq. Çünki dəbə qaçıb individual xüsusiyyətlərinizi unutmuş olacaqsınız.

Sabunla üzü yumaq olar??

Sən nə yamansan ay buz..!!!
 
Çox böyük təəssüflə demək olar ki, insan dərisində zaman öz təsirini göstərir. Bu fakt qadınlar üçün dəhşətlidir. Hər zaman bənzərsiz görünmək istəyən zərif cinsin nümayəndələri dərilərinin qocalmaması üçün bütün vasitələri sınayırlar. Təki yaşlarından daha cavan görünsünlər. Plastik əməliyyatlar, dəri çəkimləri, saatlarla kosmetoloqlardan məsləhətlər almaq xanımların ən sevimli məşğuliyyətidir. Bu dəfə sizə ev şəraitində dəriyə qulluq etmək barədə məlumatlar verəcəyik.

Dərinin qocalmamasında buzun rolu əvəzsizdir. Nənələrimizin dedikləri ilə kosmetoloqlar ikiəlli razıdırlar. Bir çox kosmetoloqlar da səhərlər dərinin su ilə deyil, buz dənəcikləri ilə yuyulmasının tərəfdarıdır. Buz suyu bioloji cəhətdən aktivdir. Buzla dərinin yuduqda daha hamar olur və yığılır. Həm də qan dövranı, maddələr mübadiləsi yaxşılaşır ki, bu da tonusu artırır, dərini elastik edir. Ev şəraitində buzu belə hazırlamaq məsləhətdir: Gicitkən, çobanyastığı, nanə, yaşıl çay, qaxotu, adaçayı, bağayarpağı, pişikdilli kimi otları dəmləyin alınan məhlulu buzxanaya qoyun. Gündə iki dəfə üzünüzü yuyun, amma silməyə tələsməyin. Qoyun üzünüzdə qalsın. Buzları dairəvi şəkildə üzünüzə çəkin. Üç halda buzla üzünüzü yumaq məsləhət deyil: Qışda evdən çıxmağa hazırlaşarkən. Səbəb isə belədir - üzünüzü buzla yusanız, dəriniz xəstələnə bilər. Əgər dərinizdə hər hansı bir allergik problem varsa. Üzünüzdə damarlar çox görünürsə

Gözləriniz üçün..

Kişilərin çoxu qadınların gözlərinə fikir verir. Yəqin, elə ona görə də xanımlar gözlərinin daha gözəl görünməsinə çalışırlar. Bunu reallaşdırmaq isə həmişə mümkün olmur.
Dəriyə yanlış qulluq, yuxusuzluq göz ətrafında kölgələrin yaranmasına gətirib çıxarır. Gözün ətrafında olan dəri çox incə və həssas olduğu üçün xüsusi qayğı tələb edir.
Sözügedən kölgələrlə mübarizəyə başlamazdan öncə, ilk növbədə onun yaranma səbəbini araşdıraq. Bu səbəblər isə aşağıdakılardır:
 
~ Daxili xəstəliklər
~ Zərif dəri
~ Havada və qidada olan allergik təsirlər
~ Dərinin quruması
~ Yuxusuzluq
~ Günəş təsiri
~ Kompüter arxasında çox oturma
~ Siqaret çəkmə və alkoqol qəbul etmə

Bəzən isə əsəb sistemindəki gərginliyin də təsiri olur.
Qışda göz ərtafındakı dəri bəzən mavi çalar alır. Bunun səbəbini axtaranlara məsləhətimiz var. Narahat olmağa dəyməz. Soyuğun təsirindən göz altındakı yağ öz təsirini itirməyə başlayır, nəticə isə artıq aydındır.
Buna çarə bulmağın asan yolu var. Sadəcə gecə yatmazdan 30 dəqiqə əvvəl həmin hissələrə nəmləndirici krem çəkin. Amma unutmayın ki, kremdən çox istifadə göz ətrafında şişlərin yaranmasına səbəb ola bilər. Ona görə kremdən də miqdarında istifadə etmək məsləhətdir.
Digər bir məsləhətimiz düzgün qidalanmaqla bağlıdır. İlk növbədə qida rasionunda duzun və yağın normasına fikir vermək lazımdır. Yuxusuzluğu aradan qaldırmaq, açıq havada olmaq, dəriyə uyğun və keyfiyyətli kosmetik vasitələrdən istifadə etmək də tövsiyə olunur. Gecə yatmazdan öncə makiyajı silməyi unutmamalı.
Göz ətrafında yaranan kölgələri kosmetik vasitələrlə də “gizlətmək” olar. Bunun üçün xüsusi kirşanlar, krem-pudralar, kremlər var.
Amma xalq təbabətindən də yararlanmaqla qüsurları aradan qaldırmaq mümkündür. İndi sizə bir neçə maskanı təqdim edəcəyik:
1.Çiy kartofu sürtkəcdən keçirin, iki dairəvi formada cunanı kəsib, kartof pürəsini onun üzərinə qoyun. 15-20 dəqiqə gözlərinizdə saxlayın. Sonra A və ya E vitanimli krem çəkin. Kremi isə pambıq və ya çay ilə silin.

2. Kəsmiyi cunada gözlərinizin üzərinə qoyun.

3.Yaşıl və qara çayın dəmini pambıq ilə kompress edin.

Daha bir xoşagəlməz məsələ gözün altında yaranan şişlərlə bağlıdır.
Bunun əsəs səbəbi isə böyrəkdə olan problemlərdir. Bunu aradan qaldırmaq üçün isə kifayət qədər yatmaq və dincəlmək lazımdır. Vaxtınız yoxdursa, maskalar köməyinizə gələ bilər
 
1.Adaçayını 150 ml suda dəmləyin. Həmin məhlulu iki yerə ayırın. Biri isti qalsın, digərini isə soyudun. Pambığı həmin məhlullarda növbəli şəkildə isladıb əvvəl isti, sonra soyuq şəkildə şiş olan hissələrə qoyun.

2. ki xörək qaşığı xama və bir çay qaşığı əzilmiş cəfərini qarışdırın. Sonra alınan qatışığı göz qapaqlarının üstünə qoyun. 15-20 dəqiqə sonra soyuq su ilə yuyun.

3. Paket çayı istifadə etdikdən sonra 5 dəqiqəlik buzxanaya saxlayın, sonra göz qapaqlarına qoyun.

Yaşından asılı olmayaraq qadın həmişə gözəl görünməlidir. Axı, gözəllik böyük qüvvədir, bu qüvvəyə malik olmaq isə xanımların öz əlindədir.
Категория: Maraqlı xəbərlər | Просмотров: 821 | Добавил: efirdi | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]