SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 21 » » AZERBAYCAN EHALİSİNİN SAYI 9 MİLYONA ÇATIR »
14:20
» AZERBAYCAN EHALİSİNİN SAYI 9 MİLYONA ÇATIR »

Ölkədə qadınların sayı kişilərin sayından 178 min nəfər çoxdur

Azərbaycanda əhalinin siyahıya alınmasının ilkin nəticələri açıqlanıb. Hazırda Azərbaycanda 8 milyon 922 min adam yaşayır. Bu, 1999-cu ildəki rəqəmdən təxminən 1 milyon çoxdur. Qeyd edək ki, o zaman əhalinin sayının 7 milyon 953 min olduğu bildirilirdi.
Azərbaycan əhalisinin 54 faizi şəhərlərdə, 46 faizi isə kəndlərdə yaşayır. Sonuncu siyahıya almadan indiyə kimi keçən müddət ərzində şəhər əhalisinin sayı 756 min nəfər, kənd əhalisinin sayı isə 204 min nəfər artıb.
Hazırda Azərbaycanda 4 milyon 372 min kişi və 4 milyon 550 min qadın yaşayır. Beləliklə, Azərbaycanda hər 1000 kişiyə 1041 qadın düşür.
Rəsmi statistikaya görə, Bakı əhalisinin sayı 2 milyon 46 min nəfərdir. Bundan əlavə, Azərbaycanın paytaxtında təxminən 200 min nəfər məcburi köçkün yaşayır. 1999-cu illə müqayisədə Bakı sakinlərinin sayı 14,4 faiz artıb. 
Ölkənin ikinci böyük şəhəri Gəncədir. Gəncədə 313 min nəfər yaşayır və əhalinin sayı 10 il ərzində 4,7 faiz artıb. Üçüncü yerdə gələn Sumqayıtda 310 min nəfər yaşayır. Bu, 1999-cu ildəki rəqəmdən 21,6 faiz çoxdur. 
Категория: Azerbaycandan xeber | Просмотров: 3385 | Добавил: efirdi | Рейтинг: 2.3/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]