SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 24 » » Michael Jackson Oyunu
13:20
» Michael Jackson Oyunu
Michael Jakson oyunu



 

Michael Jakson oyunu

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Michael Jacksonun oyunu


Michael Jackson ölən hər məşhur kimi ölümündən sonra dəyərə mindi. Və bu da onun adında istifadə edilən hələlik son "ticarət" taktikası.

İnternet axtarışlarında uzun müddət üst sıralarda qalan, hətta Google kimi axtarış sistemlərinə problem yaradacaq qədər çox axtarılan sənətçi Michael Jacksonun kompüter oyunuyla əlaqədar dedi-qodular bir zamandır gəzirdi. Ölümünün ardından albomları da adını daşıyan hər məhsul kimi inanılmaz satış rəqəmlərinə çatan Michael Jacksonun aylardır inkişaf etdirilməkdə olan bir oyununun ortaya çıxacağı söz-söhbətləri qüvvət qazandı.

Sənətçinin ölümünə baxmayaraq oyunu çıxacaq. Hətta ehtimal olunur ki, böyük satış rəqəmlərinə çataraq prodüserinə də böyük pullar qazandıracaq. Michael Jacksonun prodüser şirkəti MJJ Productionun bir neçə aydır oyun üzərində çalışdığı deyilir. Xbox 360 və PS3-ə yeni ildə çıxması gözlənilən oyunun ulduzun ən hit mahnılarını ehtiva edəcəyi də söz-söhbətlər arasındadır.

Xəbəri dedi-qodu olmaqdan çıxardıb diqqətə dəyər hala gətirərək təsdiqləyən hadisə isə MJJ Productionsdan bir nümayəndənin şərhi oldu: "Oyunun çıxacağına əminəm. Michael oyunları çox sevərdi".

Xatırladım ki, Michael Jakson iyun ayının 25-dən 26-a keçən gecə öz evində ölü olaraq tapılmışdı. Ölümünün səbəbləri tam açıqlanmasa da qəbul etdiyi preparatlar olduğu düşünülür.

Allah rəhmət eləsin!!!
Категория: Oyunlar | Просмотров: 939 | Добавил: efirdi | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]