SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 24 » » Qanlari Donduracaq Dehset »
14:07
» Qanlari Donduracaq Dehset »

 

Türkiyənin Antaliya şəhərində yaşanan təcavüz hadisəsi qanları dondurdu.14 yaşındakı gənc qıza böyük qardaşı təcavüz etdi, hamilə qalan qız 6,5 aylıq körpəsini xalasının vurduğu iynələr sayəsində saldı, anası isə körpəni götürüb boş bir torpağa basdırdı.
Davamı xəbərin ardında...
 
 
 
 
Türkiyənin Antaliya şəhərində yaşanan təcavüz hadisəsi qanları dondurdu. 14 yaşındakı gənc qıza böyük qardaşı təcavüz etdi, hamilə qalan qız 6,5 aylıq körpəsini xalasının vurduğu iynələr sayəsində saldı, anası isə körpəni götürüb boş bir torpağa basdırdı. Bunları öyrənən bacı isə evdən qaçıb kiçik bacısının yaşadığı dramı polisə izah etdi. Ana və xala nəzarətdə, böyük qardaşı isə axtarılır.

14 yaşındakı D. S. təxminən 6.5 ay əvvəl öz böyük qardaşı 24 yaşındakı Ç. C. U ilə birlikdə Şanlıurfaya getdi. Böyük qardaş kiçik qardaşına 2 gün boyunca təcavüz etdi, ardından da hadisəni kimsəyə izah etməməsi üçün təhdid etdi. Kiçik qız, qorxduğu üçün kimsəyə bir şey söyləyə bilmədi, ancaq hamilə qaldı. Kiçik qızın qarını şişincə, Suriyalı bir adamla evli olan 59 yaşındakı ana A. E. vəziyyətə müdaxilə etdi. Həkimə aparılan qızın, 6,5 aylıq hamilə olduğu da ortaya çıxdı. Gənc qız, bunun üzərinə böyük qardaşının özünə təcavüz etdiyini anasına izah etdi. Bunu öyrənən ana A. E., 20 gün əvvəl oğulunu evdən qovdu. Təcavüzçü böyük qardaş Antaliyadan ayrılaraq Muğlaya getdi.

Ana isə xalası 72 yaşındakı S.T.ı evə çağıraraq vəziyyəti izah etdi. Yaşlı qadın, kiçik qıza iki gün üst üstə hələ nə olduğu təyin oluna bilməyən iki iynə vurdu. Həddindən artıq qanaması olan və sancı çəkən D. S. öz böyük qardaşından olan 6,5 aylıq körpəsini saldı. Ana A. E. isə körpəni götürərək evlərinə yaxın olan boş torpağa basdırdı. Kiçik qıza da olanları kimsəyə izah etməməsini tənbehlədi. D. S. başına gələn hadisələri 22 yaşındakı bacısı G.S.a izah etdi. eşitdiklərinə inana bilməyən bacı, əvvəl evdən qaçdı, ardından da Polis Mərkəzinə gedib polisə müraciət etdi. Bacısının başına gələnləri izah edən G. S. kömək istədi. Polis, Respublika Prokurorluğundan icazə alaraq evə basqın təşkil etdi.

Basqında, ana və xala nəzarətə alınarkən, göstərdikləri torpaqda edilən axtarışda kiçik qızın düşürdüyü körpə tapıldı. Körpə, Aralıq dənizi Universiteti Xəstəxanası Ədli Tibb Təşkilatı morquna qaldırılarkən, ana ilə xala, Asayiş Şöbə Müdirliyi Cinayət Büro Komandirliyinə təslim edildi. Kiçik qız isə Uşaq Şöbə Müdirliyində mütəxəssis pedaqoq yoldaşlığında ifadə verdikdən sonra qoruma altına alınaraq İctimai Xidmətlər Uşaq Əsirgəmə Təşkilatına yerləşdirildi. Polis, hər yerdə təcavüzçü böyük qardaş Ç.C.U.ı axtarır.
Категория: Meslehetli xeberler | Просмотров: 619 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]