SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 26 » » PREZİDENT CERRAHİYE EMELİYYATI EDİB »
23:16
» PREZİDENT CERRAHİYE EMELİYYATI EDİB »
Türkmənistan prezidenti yeni istifadəyə verilən Onkoloji mərkəzdə xəstələrdən birinin əməliyyatını şəxsən özü edib
Qurbanqulu Berdimuhəmmədov yeni açılan Onkoloji Mərkəzdəki xəstələrin birinin əməliyyatını alman həkimlərin köməkliyi ilə keçirib. Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov yeni istifadəyə verilən Onkoloji mərkəzdə xəstələrdən birinin əməliyyatını şəxsən özü edib. "Turkmenistan.ru" saytının məlumatına görə, prezident xəstənin xoşxassəli şişinin kəsilməsində iştirak edib.
Cərrahiyə əməliyyatı zamanı dövlət başçısına alman həkim, professor Yoxaness Senk kömək edib. Q.Berdimuhəmmədovun iştirakı ilə keçirilən əməliyyat səhiyyə işçilərinin peşə bayramına, eləcə də Türkmənistan hökumətinin "Sağlamlıq" proqramının 14 illiyinə həsr edilib. 
Əməliyyat uğurla başa çatıb. 
Qeyd edək ki, prezident Qurbanqulu Berdimuhəmmədov Türkmənistan Dövlət Universitetinin stomotologiya fakültəsini bitirib və uzun müddət həkim işləyib. Türkmənistanın keçmiş prezidenti Safarmurad Niyazovun vaxtında Berdimuhəmmədov səhiyyə naziri olub. O, həmçinin səhiyyə ilə bağlı bir sıra kitabların da müəllifidir. 


Категория: Maraqlı xəbərlər | Просмотров: 830 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]