SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 27 » » Quran »
13:35
» Quran »
Quran


 
 
 
 
Quranda gələcəyə istiqamətli işarə ola biləcək ayələrdən biri Bəqərə Surəsinin 73-cü ayəsidir:

Ətraflı xəbərin ardında...
 
 
 
 
 
 
Quran


Quranın Allahın sözü olduğunu isbat edən bir çox möcüzəvi xüsusiyyəti vardır. Qurandakı elmi məlumatlarda keçmişlə əlaqədar verilən xəbərlərdə riyazi şifrələmələrdə o dövrdə heç bir insan tərəfindən bilinə bilməyəcək gerçəklər ayələrdə xəbər verilmişdir. Bunların yanında o dövrün məlumat səviyyəsiylə və texnologiyasıyla əldə edilməsi mümkün olmayan inkişaflar Quranda bir qisim ayələrdə əvvəldən işarə edilmişdir. Ancaq XX və XXI əsr texnologiyasıyla əldə etdiyimiz bəzi elmi gerçəklərin 1400 il əvvəl Quranda bildirilmiş olması Quranın insan sözü ola bilməyəcəyinin açıq-aşkar bir isbatıdır.

Quranda gələcəyə istiqamətli işarə ola biləcək ayələrdən biri Bəqərə Surəsinin 73-cü ayəsidir:

Belə olduqda biz: “Kəsilmiş inəyin bir parçasını (qatili bilinməyən) ölüyə vurun!” - dedik. (Onlar da vurdular və ölü dirildi). Allah bütün ölüləri bu qaydada dirildər və sizə Öz möcüzələrini göstərər ki, bəlkə ağla gəlib (bunu) dərk edəsiniz. (Bəqərə Surəsi)

Yuxarıdakı ayədə "bir parçasını" olaraq tərcümə edilən Ərəbcə "biba'diha" ifadəsinin mənaları arasında "biri bəziləri" sözləri də var. Bu mənaları göz önünə alındığında sinəyə üstdən vurulduğunda ürəyin yenidən çalışması mümkün ola biləcəyindən ayədə ürək masajı edilməsinə işarə edilir ola bilər (Ən doğrusunu Allah bilər).

Bilindiyi kimi ürək masajı edilən adam ölü bir bədən əlamətlərinə malikdir. Şüuru itmiş tənəffüs və ürək atımı dayanmışdır. Günümüz məlumatlarıyla ürəyi dayanan bir adama ürək masajı tətbiq olunaraq adamın ürəyinin vurması və həyati funksiyalarının davamı təmin edilməkdədir. Ürək masajında döş qəfəsinə müəyyən aralıqla təzyiq tətbiq olunmaqda və ürəyin qan vurması üçün ritmik sıxılması yenidən başladılmaqdadır.

Bu baxımdan ayədə ölü bir bədənə vurularaq yenidən canlanmasının təmin edilməsi ayənin ürək masajı üsuluna işarə ola biləcəyini düşündürməkdədir. Quran hər şeyi yoxdan var edən elmiylə bütün varlıqları əhatə edən və zamandan münəzzəh olan Uca Allahın sözüdür. Bu səbəblə Quranın içində olan hər ayə Uca Rəbbimizin hikmətlə vəhy etdiyi məlumatları ehtiva edər. Allah bir ayəsində Quranla əlaqədar olaraq buyurmaqdadır:

"Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında)düşünməzlərmi?Eger o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq)tapardılar." (Nisa Surəsi 82)
Категория: Allahin mocuzeleri | Просмотров: 852 | Добавил: efirdi | Рейтинг: 2.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]