SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 27 » » Yalniz Sen »
13:42
» Yalniz Sen »
alt




 
 
Ömrümüzə yağdı yağmurlar...
Yenə bizi ayrı saldılar...
Ürəyimdəsən bil sən...Gözlərimdə tək sənsən...


 
 
 
 
 
 
 
 
 
 
 
alt

Bir sabah həyatımıza günəş doğdu.
İnana bilmirdik.
Daha üşümürdük.
Günəş öz istisi ilə bizi isitdi.
Bizə elə soyuq idi ki, amma artıq hər şey gözəl oldu. Bizə soyuq olanda biz biri-birimizə sarıla bilmirdik çünki biz biri-birimizdən çox uzaqlarda idik. Nəfəsinə elə eytiyacım var idi ki amma uzaqda olsan belə nəfəsini duyurdum.B
ir gün hətta ağlayanda da hiss etmişdim çünki gözümdən yaş gəldiyini görəndə anlamışdım ki,sən də ağlayırsan axı biz birik, axı sən mənsən.
Daha bizə soyuq deyildi ,çünki həyatımıza günəş doğmuşdu.
Uzaq idik amm istini duyduqda gülümsəyirdik ,gülüşümüzü hiss edirdik,sən uzqda olsan belə gözlərini yumub yenidən açaraq ,güldüyünü, gözlərinin belə güldüyünü hiss edirdim. Küçədə gəzirdin amma hopbanmaq istəyirdin sanki quştək uçmaq istəyirdin,elə yüksəkliyə tullanırdın ki,sanki buludlara daha da yaxın olmaq istəyirdin.

Buludlara hər yaxınlaşdıqca onlara sanki əlin dəyirdi,hər əlin dəydikdə sanki onlar inciyirdi.
Niyə onlar incitdin?! Buludlar da bu gün qovuşmuşdular amma sən əllərinlə onları ayırdın.
İncidilər,onlar ayrıldılar,ağladılar, günəşin üzünə sanki bir pərdə çəkdilər,günəşə “get”: dedilər,elə hey ağladılar. Niyə axı ağlatdın?
Sevincin sənə kədər gətirdi. Sevgimizə göz yaşı gətirdi. Sənin yolunu gözləyə-gözləyə, günəşin istisində isinmək istəyərkən gözümün yaşına qərq olan yağışla islandım. Qarabulud aldı səmanı.

Göz yaşımız,sənin, mənim göz yaşım yağışa qarışmışdı.
Birdə hoppan göyə, əlinlə onları yaxınlaşdır.
Qoyma ayrılsınlar.
Zaman keçir...
Yağış artıq kəsməyə başlayır.Yağış kəsdikdən sonra hər zaman səmaya günəş doğur.
Bizimdə sevgimizə günəş doğacaqmı?

Категория: Maraqlı xəbərlər | Просмотров: 644 | Добавил: efirdi | Рейтинг: 2.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]