SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 27 » » Yalniz Qocalar Olmurmus aaaa »
13:48
» Yalniz Qocalar Olmurmus aaaa »
alt

 
 
Yalnız qocalar ölmürmüş...
Yaxşılar tez ölürmüş...
Mələklərin paxıllığı tutarmış onların dünyanı bəzəməsinə,tez apararmışlar Cənnətə...
 
 
 
 
 
 
 
 
 
 
 
 
Gedişinin nə mənası vardıki?Niyə getdin hələdə başa düşə bilmirəm...Yalnız qocaların ölmədiyini sənin kimi gənc,hələ həyatının baharını yaşayanlarında ölə biləcəyini göstərmək üçünmü?Sənəmi düşdü bu sübut?Yoxsa mələklərmi aldatdı səni?Onlarmı səni yoldan çıxarıb "Sənin yerin bizim yanımızdır" deyib apardılar Cənnətə...Onlarmı bu çirkin dünyada sənin kimi saf,təmiz,ürəyiaçıq insana yer olmadığını aşıladılar?Halbuki mələyim bu dünyada sən və sənin kimilərə o qədər ÇoX ehtiyac varki...O duaların,Allaha bağlılığın,gülüşün,danışıqların sənin olduğun yerlərdə sanki görünməz güllər açardı ətrafı bürüyərdi o tayı bərabəri olmayan qoxusu...Çünki sənin auran idi sanki xüsusi təbəqə ilə örtülü...
Alışa bilmirəm,öyrəşmək mümkün deyil yoxluğuna,öyrəşmək istəyəndə yox...Həmişə əllərimi Allaha uzadıb:"Allahım sən bütün sevdiklərimi qoru,hər şeyin xeyirlisini qismət et" deyərdim...Xeyirlisi məgər bumu idi?"Kaş 1 gün" arzuları yox artıq...Ölüm idi 1 geri dönüşü olmayan.İndi mən nə diləyim?Ürəyimdən möhkəm səsim batarcasına qışqırmaq gəlir "Allahım onu geri qaytar deyə" üsyan etmək gəlir...Çünki təsəvvür belə edə bilmirəm 1 daha səni görməməyib,səsini eşidə bilməməyi...
Kaş xəstə,ağır vəziyyətdə olsaydın heç olmazsa o zaman əllərimi qaldırıb dua edərdim sənin üçün "Allahım onu sağalt,mənim canımdan ona qat" deyə,ümidim olardı ama gözəlim ölümlə kökündən kəsib atmaq bu nəydi belə?
Hərdən səsin gəlir qulağıma,mənə səslənişin...Anlada bilmirəm hisslərimi,sanki sən hələdə yaşayırmışsan kimi...Sanki bunlar hamısı qorxunc 1 yuxudur və oyanacam Şükür edəcəm Allahıma...
İçimdən 1 yandan ağlamaq gəlir 1 yandan isə ağlaya bilmirəm...Çünki 1 yandan sənin həyatda olmadığını deyirlər,1 yanda isə mən sənin getmədiyini hələdə bizlərlə olduğunu hiss edirəm...Baxıram hərkəs ağlayır.Niyə ağlayırlarki?Sən ölmədin bizlərləsən ama...Niyə hal-hazırda burda,yanımızızda deyilsən bacım???
Bu an gəlişinə,üzündəki təbəssümünə nələr verməzdimki...Yoxsan ama...Yəqin izləyirsən bizi qıraqdan.Görürsənmi mələyim nə qədər sevənin varmış?Görürsənmi arxada nəmli qoyduğun gözləri...Görürsənmi sənin gedişinə yaxılan fəryadları...Çünki sən başqaydın...

Deyirlər Allah yaxşı insanları tez yanına alır bəs dünyanın yaxşı insanlara ehtiyacı yoxmu?Getdin dünyada qoyduğun arzu istəklərin,xəyallarınla bərabər...Sən göylərə qalxdın,mələklərin məkanına-Cənnətə...Ruhun şad olsun mələyim...
Gənc qəlblərin həyatının çox gənc vaxtında bitməsinə münasibətiniz...
Категория: Meslehetli xeberler | Просмотров: 610 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]