13:51 » Şekil çekdirəerken Gözel poza vermenin 10 qaydası » | |
Şəkil çəkdirərkən Gözəl poza vermənin 10 qaydası
1. Baxışlarınızı cəmləyin. Poza verərkən gözlərinizi kamera lensinin bir az üzərinə cəmləyin. Başınızı yüngülcə önə çıxarıb, çənəninizi aşağı endirin.
2. Dilinizi dişlərinizin dərhal arxasına yerləşdirib gülümsəyin. Bu hərəkət ifadənizi rahatlaşdıracaq.
3. Çiyinlərinizi bədəninizə paralel saxlayın ancaq özünüzü sıxmayın. Daha təbii bir görünüş vermək istəsəniz çiyinlərinizi yüngülcə geridə tuta bilərsiniz.
4. Ağ divara qarşı paltar sınağı edin. Bir ağac altında ya da pəncərə kənarında təbii bir işıq qaynağının altında durun. Tək bu nöqtədə kiçik bir detala diqqət yetirin. Doğru rənginizin nə olduğuna yaxşı qərar verin.
5. Özünüz olun! Kimisəni xatırlatmaqdan uzaq durun. 6. Fotoşəkillərdə hər şey olduğundan daha şişirdilmiş görünür. Buna görə qadınlar makiyaj edərkən çox diqqətli olmalıdır. 30 yaşın altındakı qadınlar üçün bir və dodaq parladıcısı; 30 yaş üstü qadınlar üçün isə qüsurları bir az gizlətmələri fotoşəkildə gözəl görünmələri üçün yetərli olacaq.
7. Klasshik pozanı tez-tez təkrarlayın. Bədəninizi kameraya görə bir az yana çevirin. Bir ayağınızı digərinin önünə qoyun və çiyininizi foto kameraya yaxınlaşdırın. Əgər üzünüz qabaqda olsa bədəniniz çox daha böyük görsənəcək.
8. Boydan çəkilən pozalar üçün göbəyinizi içə çəkin və çiyinlərinizi geriyə atın. Düz bir kürək ilə kameraya gülümsəyin.
9.Gözəl çıxdığınız fotoşəkilləri araşdırın. Ən yaxşı bucağınızı təyin edin. Ən gözəl çıxdığınız şəkillərə baxsanız həmişə gülərkən ya da yaxşı zaman keçirərkən çəkilmişdir. Ən yaxşı nəticələri kameradan qorxmadığınız zaman alarsınız.
10. Fotoşəkil çəkilmədən əvvəl gözlərinizi bağlayın və tam çəkmək üzrəykən yavaşca açın.
| |
|
Всего комментариев: 0 | |