SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 27 » » Ağıllı kişi qadınını qorxu və tezyiqlə yox, hörmetle özüne bağlayar. »
13:59
» Ağıllı kişi qadınını qorxu və tezyiqlə yox, hörmetle özüne bağlayar. »
Ağıllı kişi qadınını özünə qorxu və təzyiqlə yox, hörmətlə özünə bağlayar.

 
Ağıllı kişi, qadınını qorxu və təzyiqlə deyil, hörmətlə özünə bağlayar..!!

Əziz oğlan userlər, vaxtınız varsa xəbəri oxuyun və fikrinizi bildirin.
 
 
 
 
 
 
 
 

Ağıllı kişi qadınını özünə qorxu və təzyiqlə yox, hörmətlə özünə bağlayar.



Qadın ərinin istədiyi yeməyi bişirərkən dalğınlıqla yandırmışdı. Qorxusundan nə edəcəyini bilmirdi. Çünki yoldaşı gəlmək üzərə idi və hazırlayacaq bir şeyi də yox idi.
Qonşusunun "Bir yemək yandırmaq üçün bu qədər qorxularmı?" sözlərinə "Siz onu tanımırsınız. Bu evdə hər şey dediyi kimi olmalıdır, əks təqdirdə dünyanı dağıdar" deyirdi.
Bir az sonra əri gəldiyində qonşu qışqırıq səslərini eşitməmək üçün qapıları bağlayaraq ən iç otaqlara qaçmışdı.

Bax belə!..


Bəzi kişilər evlilikdə yoldaşına təzyiq göstərib gözünü qorxudur. Bunu da bir tərbiyə olaraq görür.
"Qadın millətini başı boş buraxmaq olmaz. İpini əlində tutmasan gün gələr səni dinləməz" deyə düşünür.
Sanki qadını, "dayan" dediyi yerdə dayanacaq, "qaç" dediyi yerdə qaçacaq bir yarış atı kimi görür.

Halbuki evlilikdə kişi pul maşını, qadın da yarış atı deyil. Evlilik bölüşmə və köməkləşmədir. Daha doğrusu bir mənada dostluqdur. Belə düşünən yoldaşların həyatında təzyiq və qorxunun yeri olmaz. Çünki onları bir-birinə bağlayan şey, sevgi, hörmət və güvən üçbucağıdır.
Evlilik ipinə sevgi, hörmət və güvən düyünü atmayanların evlilikləri tez pozular.
Ümumiyyətlə qadın, evlilikdə başını yaslayacaq yumşaq bir çiyin istəyər. Əgər kişi komandir ədasıyla yoldaşına əmrlər verər, qoyduğu qaydalara əməl etmədikdə cəzalandırsa, qadın zamanla özünü dəyərsiz görməyə başlayar. Özünə olan etibarını itirər. Təzyiq altında qaldığından içinə qapanaraq depressiyaya düşər. Halbuki, xoşbəxt bir evlilikdə qadın düşüncələrini çəkinmədən yoldaşına izah edə bilməli, yoldaşı "Bu mövzuda sən nə düşünürsən, sənin fikirin nədir?" deməlidir.

Evlilik bir dostluqdursa başı dərdə düşən və ya səhv bir şey edən qadının, "Mən bu səhvi etdim" deyə ilk qaçacağı adam yoldaşı olmalıdır. Özünün sevildiyini, qiymətli və etibarda olduğunu hiss etməlidir.
Çünki ən güclü qadın belə güvənə biləcəyi, özünə dəstək olacaq, qoruyacaq, dünyanın fırtınalarından sığınacaq dayaz bir liman axtarır.

Bəziləri qadını ora-bura saçılmış çiçək, kişini isə onu taclandıracaq bir vaza olaraq xarakterizə edir.
Elə isə vaza, çiçəkləri içinə həbs etməyib, gözəlliyini ortaya qoymalıdır.
Bu bir gerçəkdir ki, düşmən tərəfindən zəbt edilmiş ölkə, qorxunun pəncəsində qıvrılar. Hər evi bir ölkə qəbul etsək o ölkədə azad yaşayan qadın xoşbəxtdir. Xoşbəxt qadınsa ölkəsinin bağrında yaşayanları xoşbəxt edər. Qorxu və təzyiq torpaqdan başını çıxaran filizin üstünə düşən qaya kimi qadının maddi və mənəvi varlığını əzər.

Evlilikdə qorxu və təzyiq deyil hörmət hakim olmalıdır. Qadın ərindən qorxmaq yerinə hörmətlə davranmalıdır.
Ağıllı kişi, xanımını təzyiq və qorxuyla deyil, hörmətlə özünə bağlayar. Qorxudan nifrət, sevgidənsə hörmət yarandığından xanımının ayaqlarına qandallar vurmaz. Ürəyini qorxu atəşində yandırmaz. Gözlərini azad günlərin həsrətiylə uzaqlara baxdırmaz.

Bilər ki, qorxu dağlarının vəhşiliyində həbs olunmayıb, sevgi vadisinin azad havasını tənəffüs edən qadın, xoşbəxtliklə coşduqca yoldaşını da coşdurar.

Bu mövzuda fikirlərinizi oxumaq mənə çox maraqlıdır.
Категория: Maraqlı xəbərlər | Просмотров: 656 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]