![]() Əziz Müsəlmanlar!!! Ramazan gəldi... Bu ayın o birilərindən əsas fərqi ondadırki, bizlər Oruc tutub, Namaz qılıb, Allaha daha da yaxın oluruq... Nə ediriksə də, Tanrı qəbuluna yetir..Pisidə yaxşısıda.... Ona görə də gəlin Qəlbimizdə və Əməlimizdə yalnız Yaxşılıqlar olsun.... Çünki, Ramazan ayı, Axirəti qazanmaq üçün bir fürsətdir... Ardında daha ətraflı... Əziz müsəlmanlar! Bərəkət, rəhmət v
...
Ardini oxu
|
![]() QAT "erməni açılımı" ilə bağlı bəyanat verib
Qarabağ Azadlıq Təşkilatının son dövrdə baş verən hadisələrlə bağlı bəyanat verib. QAT-dan ANS PRESS-ə verilən məlumata görə, bəyanatda bildirilir ki, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, Ermənistanın region layihələrinə cəlb edilməsi cəhdləri, Azərbaycanla Ermənistan arasında üzdəniraq “xalq diplomatiyası” xəttinin yenidən gücləndirilməsi və digər hadisələr beynəlxalq güclərin bütün cəbhə boyu hücuma keçdiklərini və Azərbaycanı təslimçi sülhə məcbur etmək istədiklərini bir daha təsdiq edir. "Biz əminliklə bəyan edirik k ... Ardini oxu |
![]() Şalvar geydiyinə görə bir aylıq həbs cəzası aldı Sudanlı jurnalist Lubna Hüseyn şalvar geyindiyi üçün bir ay müddətinə azadlıqdan məhrum edilib. Lubna Hüseyn ona kəsilən 200 dollar cəriməni ödməkdən imtina etdiyi üçün bir ay həbsxanada qalacaq. Lubna Hüseyn bildirib ki, cəriməni ödəsəydi bu günahlarını etiraf etmək anlamına gələrdi. Qadınların hüqüqları uğurunda mübarizəni davam etdirmək niyyətində olduğunu deyən sudanlı qadın bunun üçün 40 qamçı zərbəsi almağa da hazır olduğuna deyib. |
![]() Qara qutular tarixin yaddaşına köçür Səs və görüntü ötürəcək yeni texnologiya hər bir təyyarə üçün 50 min dollara başa gələcək Son zamanlar baş verən təyyarə qəzalarından sonra qara qutuların tapılmaması Avropada yeni elmi axtarışlara səbəb olub. “Airbus” Avropa Kosmik Konsorsiumunun baş direktoru Tomas Enders Fransanın “Le Parisien” qəzetinə açıqlamasında uçuş təhlükəsizliyinin artırılması üçün peyklər vasitəsilə uçuşun izlənilməsi ilə bağlı yeni bir metod üzərində işlədiklərini açıqlayıb. O, qara qutunun artıq missiyasını tamamladığı qənaətindədir. Qeyd edək ki, qara qutunun missiyasının başa çatdığını ilk dəfə bu qutunu hazırlayan alimlər qrupunda olan ... Ardini oxu |
![]() Sirk oktyabrda tamaşalara başlayacaq Bakı Dövlət Sirki yeni mövsümün açılışına hazırlaşır. Bu barədə sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov məlumat verib. Onun sözlərinə görə, sirk oktyabr ayında öz qapılarını tamaşaçıların üzünə açacaq. Sirk pərəstişkarlarını hansı yeniliklərlə qarşılayacağına gəlincə isə, yeni mövsümün ilk qonaqları Ukraynanın sirk ustaları olacaqlar. |
![]() Çexiya çempionatının hesabat turu faciə ilə başa çatıb
"Apasport"un məlumatına görə, “Knoviz” klubunun 31 yaşlı futbolçusu Mihal Yejek karyerasının son oyununu avtoqolla tərk edib. Həyatında topa vurduğu son zərbə ilə öz qapısına yol tapan Mihalın düşdüyü duruma heç kimin inanmağı gəlmirmiş. Avtoqola imza atan kimi futbolçu yerə yıxılıb və bir daha ayağa qalxa bilməyib. Meydana axışan həkimlər də futbolçunun həyatını xilas edə bilməyiblər. Ailəli və körpə qız atası ... Ardini oxu |
![]() “Qalatasaray” rəhbərliyi kapitan Arda Turanın transfer qiymətini qaldırıb Hazırda 15 milyon avro ilə Türkiyə Superliqasında ən bahalı futbolçu olan hücumameylli yarımmüdafiəçinin qiyməti bir qədər də artırılıb. İndi onu istəyən komanda 40 milyon avro xərcləməlidir. Ardanın illik qazancını 2 milyon avroya yüksəldən klub prezidenti indi onu 40 milyon avroya satmağı düşünür. Ancaq bu da son qiymət deyil. Belə ki, Turanın Avroliqada uğurla çıxış etməsi və Türkiyənin 2010-cu il dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağı halda, Polat onun transfer qiymətini 50 milyon avroya yüksəltməyi planlaşdırır. |
![]() Keks reseptləri
Qozlu və kişmişli keks Bu keksı hazırlamaq üçün tələb olunanlar: - 1 stəkan un - 6 ədəd yumurta - 1 stəkan təmizlənmiş qoz - 1 stəkan kişmiş - 1 stəkan şəkər tozu Yumurtanın ağı sarısından ayrılaraq, köpüklənənə qədər çalınır. Sarısı isə ayrılıqda şəkərlə çalınır. Sonra bunlar biri-birinə qarışdırılaraq, üzərinə un, qoz və kişmiş əlavə edilərək xəmır yoğrulur. Yoğrulmuş xəmir üzərinə suxari səpilmiş yağlı kağız qoyulmuş formalara yerləşdirilir. Beləliklə, keks elektrik sobasında 180 dərəcə temperaturda 45-50 dəqiqə bişirilir. Qara qarağatlı keks Bu resept üçün tələb olunanlar: - 100 qram kərə yağı - 200 qram şəkər - 4 ədəd yumurta - yarım stəkan süd - 500 qram un < ... Ardini oxu |
![]() Prezident bu ordeni Alla Puqaçovaya dünən keçirilən konsertdən sonra şəxsən təqdim edib. Azərbaycan prezidenti İlham Əliyev Rusiyalı sənətçi Alla Borisovna Puqaçovanın “Dostluq” ordeni ilə təltif olunması barədə sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Alla Puqaçova bu yüksək ordenə Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə layiq görülüb. Qeyd edək ki, prezident bu ordeni Alla Puqaçovaya dünən keçirilən konsertdən sonra şəxsən təqdim edib. |
![]() Azərbaycanda 1 ay əvvəl itkin düşmüş uşağın vəhşi heyvanlar tərəfindən parçalanmış meyiti tapılıb Azərbaycanda itkin düşən 10 yaşlı uşağın meyiti tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1999-cu il təvəllüdlü Vüqar Ələsgərovun meyiti dünən saat 17.50 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində aşkarlanıb. Meyitin vəhşi heyvanlar tərəfindən bir neçə yerdən dişləndiyi bildirilib. Məlumata görə, V. Ələsgərov avqustun 3-də itkin düşüb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır. |