Premyer Liqanın 24-cü turu çerçivesinde keçirilen qarşılaşmada 1-1 hesabı qeyde alınıb.
Futbol üzrə Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində bu gün keçirilməli olan 4 qarşılaşmadan biri artıq başa çatıb. 16 illik fasilədən sonra Ağdamda çempionat oyunu keçirən “Qarabağ” çempionluğa iddialı “İnteri” qəbul edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra, Neft Akademiyasında baş vermiş faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Qarabağ futbolçuları meydana Qarabağ Azərbaycan şüarı yazılmış plakatla çıxıblar. Qarşılaşmanı stadionda canlı izləyənlər arasında AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, Ağdam İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev, m
...
Ardini oxu